“Fənərbağça” Roberto Soldado ilə razılıq əldə edib

“Fənərbağça” Roberto Soldado ilə razılıq əldə edib İspaniyalı hücumçunun bu gün və ya sabah İstanbula gələcəyi gözlənilir
Futbol
9 Avqust , 2017 13:51
“Fənərbağça” Roberto Soldado ilə razılıq əldə edib

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubu son iki mövsümdə İspaniya təmsilçisi “Vilyarreal”ın formasını geyinən Roberto Soldado ilə razılıq əldə edib.

“Report”un “Fanatik”ə istinadən verdiyi məlumata görə, 32 yaşlı mərkəz hücumçusunun müqavilə bağlamaq üçün bu gün və ya sabah İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, İspaniya yığmasının heyətində 12 oyun keçirib, 7 qola imza atan Roberto Soldado “Real Madrid”in yetirməsidir. O, karyerası ərzində ölkəsində “Osasuna”, “Hetafe” və “Valensiya”nın, İngiltərədə isə “Tottenhem”in şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi