“Fənərbağça” “qara-qartallar”ı zirvədən endirib

“Fənərbağça” “qara-qartallar”ı zirvədən endirib “Fənərbağça” 53 xalla turnir cədvəlində liderliyi ələ keçirib
Futbol
1 Mart , 2016 01:44
“Fənərbağça” “qara-qartallar”ı zirvədən endirib

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyə Superliqasında XXIII tura İstanbul derbisi ilə yekun vurulub.

Turun son matçında hesabat turunadək lider olan “Beşiktaş” ən yaxın izləyicisi “Fənərbaxça”nın qonağı olub. Şükrü Saracoğlu stadionunda oynanılan derbiyə qolla başlayan “Fənərbaxça” matçın sonlarında vurduğu daha bir qolla “qara-qartallar”ı zirvədən ikinci pilləyə endirib. Meydan sahibi 3-cü dəqiqədə Volkan Şənin, 82-ci dəqiqədə isə Naninin qolları ilə görüşdə minimal hesablı qələbə qazanıb.

Beləliklə, qalibiyyət sayəsində “Fənərbağça” 53 xalla turnir cədvəlində liderliyi ələ keçirib. “Beşiktaş” isə rəqibindən iki xal geri qalaraq bir pillə geriləyib.

Son xəbərlər

Orphus sistemi