"Fənərbağça" PSJ-nin sabiq hücumçusunu heyətinə qatıb

"Fənərbağça" PSJ-nin sabiq hücumçusunu heyətinə qatıb Türkiyənin Fənərbağça komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
30 Avqust , 2019 18:15
Fənərbağça PSJ-nin sabiq hücumçusunu heyətinə qatıb

Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Başakşehir"də çıxış edən Mevlüt Erdinçlə anlaşıb. 32 yaşlı hücumçu ilə ikiillik razılıq əldə olunub.

Qeyd edək ki, Mevlüt Erdinç karyerası ərzində Fransanın "Soşo", PSJ, "Renn", "Sent-Etyen" və "Metz" komandalarının formasını geyinib. O, Almaniyada "Hannover"in də şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi