Yuxarı
    Bağlamaq

    "Fənərbağça"nın üzvü Azərbaycan milli komandasına dəvət edilib

    Vitali Borisov Seymur Məmmədovu əvəzləyib

    Bakı. 1 dekabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmanın son məşqində zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb. 

    Onun əvəzinə Bakının “Fənərbağça” komandasının üzvü Vitali Borisova dəvət göndərilib.

    Qeyd edək ki, Azərbaycan millisi hazırda Özbəkistanın paytaxtı Daşkənddə ilk dəfə təşkil edilən beynəlxalq turnirdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi