"Fənərbağça"nın sabiq futbolçusu yuxusu gəldiyi üçün məşqi özbaşına tərk edib

"Fənərbağça"nın sabiq futbolçusu yuxusu gəldiyi üçün məşqi özbaşına tərk edib Nigeriyalı forvard baş məşqçinin cavabını gözləməyib
Futbol
11 May , 2018 17:06
Fənərbağçanın sabiq futbolçusu yuxusu gəldiyi üçün məşqi özbaşına tərk edib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ İspaniyanın "Las Palmas" komandasının futbolçusu Emmanuel Emenike yuxusu gəldiyi üçün məşqi yarımçıq tərk edib.

"Report"un məlumatına görə, 31 yaşlı hücumçu "yuxum gəlir, məşqə davam etmək istəmirəm" deyərək məşqdən ayrılıb. Nigeriyalı forvard baş məşqçi Pako Xemesin hansı cavabı verəcəyini gözləməyib. İspaniya təmsilçisinin oyunçuya ağır cəza verəcəyi ehtimal olunur.

Qeyd edək ki, Emmanuel Emenike müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdur. O, 2013 - 2017-ci illər ərzində Türkiyənin "Fənərbağça" klubunda çıxış edib. 

Son xəbərlər

Orphus sistemi