​"Fənərbağça" - "Lokomotiv" oyununda asayişin qorunmasında Rusiya polisi də iştirak edəcək

​"Fənərbağça" - "Lokomotiv" oyununda asayişin qorunmasında Rusiya polisi də iştirak edəcək Təkrar qarşılaşma fevralın 25-də Moskvada keçiriləcək
Futbol
16 Fevral , 2016 10:58
​Fənərbağça - Lokomotiv oyununda asayişin qorunmasında Rusiya polisi də iştirak edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" komandaları arasında keçiriləcək futbol üzrə Avropa Liqasının ilk 1/16 final matçında ictimai asayiş və təhlükəsizliyin təmin edilməsinə Rusiya polisi də cəlb olunub.

"Report"un məlumatına görə, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib. Açıqlamada bildirilir ki, İstanbulda oyun zamanı asayişin qorunması və təhlükəsizliyin təmin olunması üçün Türkiyənin hüquq-mühafizə orqanlarından Rusiya polisinin mütəxəssislər qrupuna dəvət gəlib. Hər iki ölkədə bu idman hadisəsinə azarkeşlərin böyük marağını nəzərə alaraq, sorğu müsbət cavablandırılıb.   

Türkiyəli həmkarlarına Rusiya polisinin Moskva üzrə əməkdaşları kömək edəcəklər. Onlar təhlükəsizliyin təmin olunması sahəsində böyük təcrübəyə malikdirlər. İstanbulda Moskva klubunun 50-70 azarkeşinin olacağı gözlənilir.

Qeyd edək ki, cavab görüşü fevralın 25-də Moskvada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi