"Fənərbağça" - "Lokomotiv": 2-0 - VİDEO

"Fənərbağça" - "Lokomotiv": 2-0 - VİDEO Cavab görüşü fevralın 25-də Moskvada baş tutacaq
Futbol
16 Fevral , 2016 22:30
Fənərbağça - Lokomotiv: 2-0 - VİDEO

Bakı. 16 fevral. REPORT.AZ / Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə start verilib. "Report"un məlumatına görə, açılış oyununda Türkiyənin "Fənərbağça" klubu öz meydanında Rusiya "Lokomotiv"ini qəbul edib.

İstanbuldakı Şükrü Saracoğlu stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Souza vurub.

Rusiya - Türkiyə münasibətlərindəki gərginlik səbəbindən oyun ciddi təhlükəsizlik tədbirləri altında keçirilib. Asayişi qorumağa rusiyalı polislər də cəlb olunub.

Cavab görüşü fevralın 25-də Moskvada baş tutacaq.

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunlarından qalanları fevralın 18-də olacaq.

Avropa Liqası, 1/16 final

21:00. "Fənərbağça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:0

Qol: Souza, 18; 72

Baş hakim: Martin Strömberqsson (İsveç)

İstanbul. Şükrü Saracoğlu Stadionu.

Qeyd edək ki, 1/16 final mərhələsinin digər oyunları fevralın 18-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi