Yuxarı
    Bağlamaq

    "Fənərbağça" klubu üzvünün ölkədən çıxışına qadağa qoyulub

    Dursun Çetin komanda ilə birgə hava limanına yollansa da, ölkə xaricinə buraxılmayıb

    Bakı. 15 sentyabr. REPORTAZ/ Türkiyənin "Fənərbağça" klubunda əşyalara cavabdeh olan Dursun Çetin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinib. "Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, bu səbəbdən, D.Çetinin hava limanından ölkə xaricinə çıxmasına icazə verilməyib.

    Artıq komanda Avropa Liqasının qrup mərhələsində Ukrayna "Zarya"sı ilə oyun üçün Ukraynaya yollanıb. Adıçəkilən şəxs komandanın yanında hava limanına getsə də, onun xarici pasportunun ləğv edildiyi bildirilib. D.Çetin polisə ifadə verdikdən sonra sərbəst buraxılıb. Klub üzvünün yalnız istintaq başa çatdıqdan sonra xarici pasport ala biləcəyi açıqlanıb.

    Qeyd edək ki, Dursun Çetin anadan olduğu Samsunda bir təhsil ocağına 2009-cu ildə maddi yardım göstərib. Daha sonra həmin təhsil ocağı FETÖ-nün maraqlarına xidmət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi