Yuxarı
    Bağlamaq

    "Fənərbağça" klubunun futbolçusu burnundan əməliyyat olunub

    Martin Şkrtel oyuna maska ilə çıxıb

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Martin Şkrtel əməliyyat olunub. "Report"un məlumatına görə, buna müdafiəçinin burnunun sınması səbəb olub.

    Hadisə sentyabrın 29-da Avropa Liqasının A qrupunda Hollandiyanın "Feyenoord" klubu ilə ev qarşılaşmasında baş verib. Şkrtel komanda həkimlərinin də razılığı ilə ölkə çempionatının VI turunda səfərdə "Osmanlıspor"la görüşə maska ilə çıxıb. Klub həkimi Burak Kunduracıoğlu slovakiyalı futbolçunun vəziyyətinin yaxşı olduğunu bildirib.

    Qeyd edək ki, "Feyenoord"la qarşılaşma "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 1:0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi