Yuxarı

​"Fənərbağça" klubunun braziliyalı futbolçusu milliləşdiriləcək

O, AVRO-2016-da Ferhan Doğu adı ilə çıxış edəcək

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun braziliyalı futbolçusu Fernandao milliləşdiriləcək. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Fatih Terimin də razılığı olduğu milliləşdirmə işi artıq yekunlaşmaq üzrədir.

Son anda hər hansı problem çıxmasa, 28 yaşlı hücumçu Türkiyə millisinin AVRO-2016-dan öncəki təlim-məşq toplanışına qatılacaq. Onun Fransada keçiriləcək çempionatda Ferhan Doğu adı ilə çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, vətəninda "Atletiko Parananse" klubunda çıxış etmiş Fernandao 2014-cü ildə icarə əsasında "Bursaspor"da forma geyinib. O, ötən ilin iyununda "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi