​"Fənərbağça" klubunun Avropa Liqasındakı rəqibi UEFA-ya şikayət edəcək

​"Fənərbağça" klubunun Avropa Liqasındakı rəqibi UEFA-ya şikayət edəcək Bu barədə klub prezidenti açıqlama verib
Futbol
21 Avqust , 2015 16:36
​Fənərbağça klubunun Avropa Liqasındakı rəqibi UEFA-ya şikayət edəcək

Bakı. 21 avqust. REPORT.AZ/ Avropa Liqasının "play-off" mərhələsində doğma azarkeşlər önündə Türkiyənin "Fənərbağça" klubuna məğlub olan Yunanıstan "Atromistos"u UEFA-ya şikayət edəcək. "Report"un məlumatına görə, bu barədə klub prezidenti Georgios Spanos açıqlama verib.

G.Spanos oyunun hakimlərindən narazı qaldıqlarını söyləyib: "Oyunun hakimi bizə və Yunanıstan Futbol Federasiyasına heç hörmətlə yanaşmadı. Nəticəni hakim müəyyən etdi. Biz 11 futbolçu ilə 14 nəfərə qarşı oynadıq. Federasiya vasitəsilə UEFA ilə əlaqə yaradacağıq".

Klub prezidentindən əlavə, "Atromitos"un baş məşqçisi Mixalis Qriqoriou da oyunun hakimlərindən narazılığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi