"Fənərbağça" klubuna fransalı idman direktoru təyin olunub

"Fənərbağça" klubuna fransalı idman direktoru təyin olunub Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin Fənərbağça klubunun yeni idman direktoru təyin olunub.
Futbol
7 İyun , 2018 17:09
Fənərbağça klubuna fransalı idman direktoru təyin olunub
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun yeni idman direktoru təyin olunub.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Damyen Komolli ilə 3 illik razılıq əldə edib.

Yeni idman direktoru ilə iyunun 12-də "Şükrü Saracoğlu" stadionunda rəsmi müqavilə imzalanacaq. 

Qeyd edək ki, fransalı Damyen Komolli Fransanın "Monako", İngiltərənin "Arsenal", "Liverpul" və "Tottenhem" klublarında müxtəlif vəzifələrdə işləyib. O, "Arsenal"da çalışarkən Kola Tureni, Tyerri Anrini və Rober Piresi, "Tottenhem"də isə Qaret Beyli kəşf edib. O həmçinin Luka Modriç, Dimitar Berbatov, Roman Pavluçenko və Luis Suares kimi futbolçuların transferlərini reallaşdırıb.

Son xəbərlər

Orphus sistemi