Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin üzvü İbrahim Ustanı istefaya çağırıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi federasiya rəsmisini tərəfsiz olmamaqla günahlandırıb.
Məlumatda bildirilib ki, klub İ.Ustanın bir neçə gün öncə yerli mətbuata verdiyi açıqlamaya etiraz edir. Federasiya rəsmisi açıqlamasında 2010-2011 mövsümünün çempionluq kubokunun "Trabzonspor"a verilməli olduğunu deyib.
Nəticədə klub İ.Ustanın istefaya getməsini istəyib. O, da qeyd olunub ki, belə olmayacağı təqdirdə Türkiyə Futbol Federasiyası tərəfindən verilən qərarlar "Fənərbağça" tərəfindən birmənalı qarşılanmayacaq və bu qərarlara etiraz ediləcək.