Yuxarı

“Fənərbağça” Azərbaycan millisinə namizəd futbolçu ilə razılıq əldə edib

“Fənərbağça” Azərbaycan millisinə namizəd futbolçu ilə razılıq əldə edib

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşı Orkunu heyətinə qatacaq.

“Report” “Takvim”ə istinadən xəbər verir ki, Hollandiyanın “Feyenoord” klubunun formasını geyinən 17 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunub. Onunla danışıqlarda “Fənərbağça”nın əsas komandasının hollandiyalı baş məşqçisi Fillip Koku da iştirak edib.

Gənc futbolçunun transferində İstanbulun “Beşiktaş” klubu da israrlıdır.

Qeyd edək ki, Hollandiya və Türkiyə vətəndaşlığı olan Orkun Kökçü daha öncə qardaşı kimi Azərbaycan millisini seçəcəyini istisna etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi