"Qalatasaray"ın futbolçusu azarkeşə avtomobil hədiyyə edəcək

"Qalatasaray"ın futbolçusu azarkeşə avtomobil hədiyyə edəcək Avtomobilin qiyməti 300 min dollardır
Futbol
19 May , 2015 14:36
Qalatasarayın futbolçusu azarkeşə avtomobil hədiyyə edəcək

Bakı. 19 may. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Felipe Melo azarkeşlərdən birinə avtomobil hədiyyə edəcək. "Report"un "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, bu, İstanbul təmsilçisinin çempion olacağı təqdirdə baş tutacaq.

Braziliyalı futbolçu 300 min dollar qiyməti olan avtomobilin yeni sahibinin sosial şəbəkə yolu ilə müəyyənləşəcəyini deyib.

Qeyd edək ki, Türkiyə Super Liqasında sona 2 tur qalmış lider "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbağça"nı 3 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi