Yuxarı
    Bağlamaq

    ​Fələstinli futbolçu 99 il müddətinə cəzalandırılıb

    Futbolçu eyni zamanda iki klubda çıxış etdiyi üçün bu cəzaya məruz qalıb

    Bakı. 24 dekabr. REPORT.AZ/ İsrailin Futbol Assosiasiyası ölkənin futbol çempionatının 5-ci divizionunda çıxış edən "Seqev Şalom" klubunun oyunçusu Əttaf Əbu Bilalı 99 il müddətinə yaşıl meydanlardan kənarlaşdırıb.

    "Report" "Eurosport"a istinadən xəbər verir ki, fələstinli futbolçu bu cəzaya "Seqev Şalom"da oynayarkən Fələstin çempionatında çıxış edən digər komandanın da matçlarında iştirak etməyə imkan tapıb.

    İsrailin Futbol Assosiasiyası futbolçunu ömürlük cəzalandırmaq istəsə də, yekunda onu 99 il müddətinə futboldan kənarlaşdırmaq qərara alınıb. Əttaf Əbu Bilal bununla yanaşı 200 avro cərimə də ödəyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi