Yuxarı
    Bağlamaq

    ​Federasiya Ebolaya görə cəzalandırıldı

    Mərakeşin Afrika Millətlər Kubokunda iştirakına qadağa qoyulub

    Bakı. 7 fevral. REPORT.AZ/ Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşin Afrika Millətlər Kubokunda iştirakına qadağa qoyub. 

    "Report"un "Cihan"a istinadən verdiyi məlumata görə, buna səbəb sözügedən ölkənin Ebola virusundan dolayı turnirdə iştirakını təxirə salmasıdır.

    Ebolaya görə turnirdə imtina edən Mərakeş Futbol Federasiyası CAF tərəfindən 1 milyon dollar və əlavə olaraq 8 milyon avro pul cəriməsi kəsilib. Bundan əlavə, Mərakeş qarşıdakı 2 turnirdə iştirak hüququndan məhrum edilib. 

    Qeyd edək ki, yanvarın 17-dən start götürən Afrika Millətlər Kuboku fevralın 8-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi