Yuxarı

Fatih Terimə ağır itki üz verib

Fatih Terimin atası vəfat etdi

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Fatih Terimin atası vəfat edib.

“Report” “NTV Spor”a istinadən xəbər verir ki, Talat Terim Adana şəhərində müalicə aldığı xəstəxanada 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fatih Terim fevralın 2-də “Qalatasaray”ın səfərdə 1:1 hesabı ilə heç-heçə etdiyi “Alanyaspor”la XX tur matçından sonra mətbuat konfransına qatılmayıb. O, səhhətində problem yarandığı üçün reanimasiyaya yerləşdirilən atasının yanına gedib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi