Yuxarı

Fatih Terim qeyri-adi addım atıb

Baş məşqçi ilk 11-liyi mətbuat konfransında bəyan edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim qeyri-adi addım atıb. "Report"un məlumatına görə, 61 yaşlı mütəxəssis Qazaxıstan yığması ilə AVRO-2016-nın seçmə qrup matçına bir gün qalmış gözlənilmədən "ay-ulduzlular"ın start heyətini mətbuat konfransındaca açıqlayıb. 

Terim ilk "11-lik"də Volkan Dəmirəl, Gökhan Gönül, Caner Erkin, Semih Kaya, Sərdar Aziz, Ozan Tufan, Selçuk İnan, Volkan Şen, Arda Turan, Burak Yılmaz, Olcay Şahana şans verəcəyini bildirib. Baş məşqçi heyətdə heç bir itkinin olmadığını və Gökhan Gönülün də matçadək tam bərpa olacağını əlavə edib. 

Qeyd edək ki, noyabrın 16-da "Ali Sani Yen" stadionunda keçiriləcək Türkiyə - Qazaxıstan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi