Bakı. 16 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim Bakıya gələcək. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər sabah "ay-ulduzlular"ın Yunanıstanla keçirəcəyi yoldaşlıq görüşündən sonra nəzərdə tutulub.
Türkiyəli mütəxəssisin açılış mərasimi üçün Azərbaycana gələcəyi bildirilir. Lakin tədbirin adı göstərilməyib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, səfər federasiyanın xətti ilə təşkil olunmayıb.