​Fariz Yusifov: "Yoldaşlıq oyunları milli çempionat səviyyəsində keçir"

​Fariz Yusifov: "Yoldaşlıq oyunları milli çempionat səviyyəsində keçir" O bu hazırlığın bəhrəsini milli çempionatın qalan hissəsində görəcəklərini vurğulayıb
Futbol
24 Yanvar , 2015 17:33
​Fariz Yusifov: Yoldaşlıq oyunları milli çempionat səviyyəsində keçir

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanlı referi Fariz Yusifov hakimlərin Antalya toplanışı barədə fikirlərini bildirib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışın yekunlaşmaq üzrə olduğunu bildirən ədalət təmsilçisi hər bir hakimin əlindən gələni etdiyini, var gücü ilə çalışdığını söyləyib.

F.Yusifov bu hazırlığın bəhrəsini milli çempionatın qalan hissəsində görəcəklərini vurğulayıb: "Hakimlər də futbolçular kimi fiziki hazırlığın yüksəldilməsi üçün çalışır. Bugünkü fiziki, atletik futbol bunu tələb edir. Mənə elə gəlir ki, biz düzgün yoldayıq. İlk dövrədə olan hakim səhvlərində mövqe səhvləri, mövqeyə gedib çatmamaq kimi problemlərimiz oldu. Həmin səhvləri burada bir daha təhlil etdik".

Türkiyədə keçirilən yoldaşlıq görüşlərinin idarə edilməsindən danışan referi bu görüşlərin milli çempionat səviyyəsində olduğunu söyləyib: "Baxmayaraq ki, yoldaşlıq oyunu idi, biz buna ciddi, rəsmi oyun kimi baxırdıq və hər oyunu təhlil edirdik. Çünki hər bir komanda düşərgəyə yeni futbolçu çağırır və onlar da özlərini sübut etmək üçün yaxşı çıxış edirlər. Bunun da nəticəsində maraqlı oyun alınır. Bu idarəçiliyin faydasını qarşıdakı dövrələrdə görəcəyik"

Son xəbərlər

Orphus sistemi