Fariz Nəcəfov: "Klubumuzda iki məsələ prioritet təşkil edir"

Fariz Nəcəfov: "Klubumuzda iki məsələ prioritet təşkil edir" Bakı. 30 may. REPORT.AZ/ Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib.
Futbol
30 May , 2018 18:41
Fariz Nəcəfov: Klubumuzda iki məsələ prioritet təşkil edir

Bakı. 30 may. REPORT.AZ/ "Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib".

"Report"un məlumatına görə, bunu “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov klubun saytına açıqlamasında əsas komandanın yeni baş məşqçisi ilə bağlı fikirlərini bölüşərkən deyib. 

O, Sənan Qurbanovun artıq məşqçi kimi püxtələşdiyini və rəhbərliyin ona güvəndiklərini bildirib: "Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir. Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

Son xəbərlər

Orphus sistemi