Farer adalarının UEFA Millətlər Liqasında Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Farer adalarının UEFA Millətlər Liqasında Azərbaycanla oyun üçün heyəti açıqlanıb 23 futbolçudan 12-si legionerdir
Futbol
1 Oktyabr , 2018 14:51
Farer adalarının UEFA Millətlər Liqasında Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

“Report” xəbər verir ki, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 3-ü hücumçudur. Heyətdə İslandiya, Danimarka, Norveç və Almaniyadan olmaqla, legioner həyatı yaşayan 12 oyunçu yer alıb.

Baş məşqçi zədəli Syolvi Vanhamarın əvəzinə Pol Yohannus Yustinusseni komandaya cəlb edib.

Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik")

Müdafiəçilər: Atli Qreqersen ("Vikinqur"), Odmar Feryo ("B-36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan Roy Davidsen ("Torshavn"), Sonni Raqnar Nattestad ("Horsens", Danimarka), Aleks Mellemqor ("B-36 Torshavn"), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka), Qunnar Vatnhamar ("Vikinqur"), Maqnus Egilsson ("Torshavn")

Yarımmüdafiəçilər:  Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Rolantsson Sörensen ("Brann", Norveç), Rene Şaki Yensen ("Qrindavik", İslandiya), Trondur Yensen ("Torshavn"), Pol Yohannus Yustinussen ("NSİ Runavik"), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Brüne", Norveç)

Hücumçular: Finnir Yustinussen ("Nestved", Danimarka), Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya), Klemint Andrasson Olsen ("NSİ Runavik")

Qeyd edək ki, Farer adaları Azərbaycanı oktyabrın 11-də, Kosovonu isə oktyabrın 14-də qəbul edəcək. Lars Olsenin rəhbərlik etdiyi kollektiv D Liqasının 3-cü qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. Azərbaycan isə 2 xalla 3-cü yerdədir. Lider Kosovonun 4, son sıradakı Maltanın 1 xalı var.

Son xəbərlər

Orphus sistemi