Farer adaları yığmasına məğlubiyyətdən sonra Yunanıstan milli komandasının baş məşqçisi qovulub

Farer adaları yığmasına məğlubiyyətdən sonra Yunanıstan milli komandasının baş məşqçisi qovulub Biabırçı məğlubiyyət Klaudio Ranyeriyə bağışlanmayıb
Futbol
15 Noyabr , 2014 15:12
Farer adaları yığmasına məğlubiyyətdən sonra Yunanıstan milli komandasının baş məşqçisi qovulub
Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Yunanıstan milli komandasının baş məşqçisi Klaudio Ranyeri istefaya göndərilib. "Report"un məlumatına görə, Farer adaları yığması ilə AVRO-2016-nın seçmə matçında 0:1 hesablı ev məğlubiyyəti italiyalı mütəxəssisə bağışlanmayıb. 

Yunanıstan Futbol Federasiyasının prezidenti Georgi Sarrislə təcrübəli mütəxəssis arasında keçirilən görüşdə müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına qərar verilib. Ranyeriyə anlaşmasında nəzərdə tutulan 1,5 milyon avronun bir hissəsi ödəniləcək. Üstəlik, o, noyabrın 18-də Serbiya yığması ilə yoldaşlıq görüşündə komandanın sükanı arxasında olacaq. 

Qeyd edək ki, bu, "cırtdan ölkə" təmsilçisinin beynəlxalq arenada son 3 il ərzində 2-ci qələbəsi olub. 2004-cü ilin Avropa çempionları isə biabırçı məğlubiyyətdən sonra F qrupunda sonuncu pilləyə enərək, liderin 9 xal gerisinə düşüblər. İndi Yunanıstan millisinin aktivində 4 oyundan cəmi 1 xal var. Qrupa 10 xala malik Rumıniya başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi