Falkao Fransa Liqasında çərçivəyə vurduğu 13 zərbədən 12-sini qola çevirib

Falkao Fransa Liqasında çərçivəyə vurduğu 13 zərbədən 12-sini qola çevirib "Monako"nun kolumbiyalı forvardı Fransa I Liqasında bombardirdir
Futbol
30 Sentyabr , 2017 08:25
Falkao Fransa Liqasında çərçivəyə vurduğu 13 zərbədən 12-sini qola çevirib

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Monako" klubunun futbolçusu Radamel Falkao rəqib qapısının çərçivəsinə ünvanladığı 13 topdan 12-sini qola çevirib.

"Report" xəbər verir ki, kolumbiyalı forvard Fransa I Liqasında bombardirlər siyahısında liderdir.

"Monako" ölkə çempionatının 8-ci tur matçında 92-ci dəqiqədə buraxdığı qol sayəsində "Monpelye" ilə 1:1-lik heç-heçə edib. Görüşdə hesabı Falkao açıb, lakin görüşün sonunda Süleyman Kamara cavab topunu vurub.

Son xəbərlər

Orphus sistemi