Fabio Kapello: “Ruslar mənimlə çox pis davrandılar”

Fabio Kapello: “Ruslar mənimlə çox pis davrandılar” O, vaxtında PSJ-yə getmədiyi üçün təəssüf hissi keçirdiyini bildirib
Futbol
12 Fevral , 2017 02:30
Fabio Kapello: “Ruslar mənimlə çox pis davrandılar”

Bakı. 12 fevral. REPORT.AZ/ Futbol üzrə Rusiya yığma komandasının sabiq italiyalı baş məşqçisi Fabio Kapello bildirib ki, 2013-cü ildə komandanı tərk edərək PSJ klubuna (Fransa) getmədiyi üçün təəssüf hissi keçirir.

“Report” "R-Sport"a istinadən xəbər verir ki, Kapellonun fikrincə, o, böyük klubda işləmək imkanını itirib, ruslar isə sonda yenə də onunla pis davranıblar.

Kapellonun sözlərinə görə, həmin vaxt onun Rusiya yığmasından getməsi satqınlıq kimi qiymətləndirilə bilərdi.

Son xəbərlər

Orphus sistemi