Fabio Kapello məşqçi karyerasını başa vurub

Fabio Kapello məşqçi karyerasını başa vurub "Şərhçi kimi fəaliyyət göstərəcəyəm"
Futbol
9 Aprel , 2018 14:24
Fabio Kapello məşqçi karyerasını başa vurub

Bakı. 9 aprel. REPORT.AZ/ Məşhur italiyalı Fabio Kapello məşqçilik karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 72 yaşlı mütəxəssisin özü açıqlama verib.

O, fəaliyyətini şərhçi kimi davam etdirəcəyini bildirib: "Klublar və milli komandalarda çoxlu təcrübə qazanmışdım. Son olaraq, Çinin "Tszyansu Sunin" komandasında çalışdım. İndi isə təqaüdə çıxmaq qərarına gəldim. Şərhçi kimi fəaliyyət göstərəcəyəm və bunun üçün xoşbəxtəm".

Qeyd edək ki, Fabio Kapello daha əvvəl İtaliyanın "Milan", "Yuventus", "Roma" və İspaniyanın "Real Madrid" klublarında, eləcə də Rusiya və İngiltərə milli komandalarında baş məşqçi vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi