Yuxarı

Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlay

Məşhur italiyalı məşqçi Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

“Report” calciomercato.com saytına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis bir neçə nəfəri fərqləndirib. O, ilk növbədə hücumçular - hollandiyalı Marko van Basten və braziliyalı Ronaldonun adlarını çəkib: “Karyeramda həmçinin iki əla müdafiəçi olub. Bunlar Paolo Maldini və Franko Barezidir. Onları unuda bilmərəm”.

Qeyd edək ki, 1987-2018-ci illər arasında baş məşqçi kimi fəaliyyət göstərən F.Kapello bu müddətdə İtaliyanın “Milan”, “Roma”, “Yuventus”, İspaniyanın “Real Madrid”, Çinin “Tszyansu Sunin” klublarında, eləcə də İngiltərə və Rusiya yığmalarında çalışıb. O, İtaliya və İspaniya çempionu olmaqla bərabər, Çempionlar Liqasını qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi