Yuxarı

"Everton"un sabiq futbolçusu həbs olunub

Bent narkotik maddənin təsiri altında polisə müqavimət göstərib

Bakı. 13 fevral. REPORT.AZ/ İngiltərənin "Everton" klubunun sabiq futbolçusu Markus Bent bir il müddətinə şərti həbs edilib.

"Report" ESPN-yə istinadən xəbər verir ki, ingilis futbolçu 13 sentyabr 2015-ci il tarixində kokainin təsiri altında ikən iki polis əməkdaşına müqavimət göstərib.

Qeyd olunur ki, həmin vaxt onun əlində mətbəx bıçağı və ət doğramaq üçün nacaq olub.

Maraqlıdır ki, karyerasını bir neçə il əvvəl başa vuran futbolçu polisi evə özü çağırıb. O asayiş keşikçilərinə mənzilində canilərin olduğunu xəbər verib. Lakin evdə Bentdən başqa heç kim aşkar edilməyib. Polis əməkdaşları axtarış zamanı onun üzərindən cüzi miqdarda kokain tapıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi