“Everton”un baş məşqçisi Ronald Kuman istefaya göndərilib

“Everton”un baş məşqçisi Ronald Kuman istefaya göndərilib 54 yaşlı hollandiyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan uzaqlaşdırılıb
Futbol
23 Oktyabr , 2017 17:12
“Everton”un baş məşqçisi Ronald Kuman istefaya göndərilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ İngiltərənin “Everton” komandasının baş məşqçisi Ronald Kuman istefaya göndərilib. 

“Report” xəbər verir ki, 54 yaşlı hollandiyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan uzaqlaşdırılıb.

“Everton”un oktyabrın 22-də Premyer Liqanın IX turu çərçivəsində evdə “Arsenal”a 2:5 hesabı ilə uduzması klub rəhbərliyini radikal qərara sövq edib.

Kuman 2016-cı ilin iyununda “Everton”la 3 illik müqavilə bağlamışdı.

Qeyd edək ki, “Everton” bu yay transferlərə 142 milyon funt sterlinq xərcləsə də, komanda hazırda 8 xalla 18-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi