Euro-2016-nın (U-17) daha bir yarımfinalçısı müəyyənləşib

Euro-2016-nın (U-17) daha bir yarımfinalçısı müəyyənləşib Portuqaliyanın ardınca Almaniya da 1/4 finalın qalibi olub
Futbol
14 May , 2016 22:12
Euro-2016-nın (U-17) daha bir yarımfinalçısı müəyyənləşib

Bakı. 14 May. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ikinci yarımfinalçısı müəyyənləşib.

“Report”un məlumatına görə, Portuqaliya millisinin ardınca Almaniya yığması da 1/4 finalın qalibi olub.

Bundestim Belçikanı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolun müəllifi həmyerlimiz Renat Dadaşov olub.

Hücumçunun 46-cı dəqiqədə vurduğu qol almanlara qələbə qazandırıb. Bundestimin yarımfinalda rəqibi İspaniya - İngiltərə cütünün qalibi olacaq.

Xatırladaq ki, Belçika Azərbaycan millisinin yer aldığı “A” qrupunda 2-ci yerin sahibi kimi 1/4 finala yüksəlib, Almaniya isə “B” qrupunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi