"Mançester Yunayted"in futbolçusu öz azarkeşləri tərəfindən irqçiliyə məruz qalıb

"Mançester Yunayted"in futbolçusu öz azarkeşləri tərəfindən irqçiliyə məruz qalıb İngiltərə təmsilçisi Mançester Yunaytedin futbolçusu Eşli Yanq öz komandasının azarkeşləri tərəfindən irqçiliyə məruz qalıb.
Futbol
17 Aprel , 2019 18:55
Mançester Yunaytedin futbolçusu öz azarkeşləri tərəfindən irqçiliyə məruz qalıb

İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Eşli Yanq öz komandasının azarkeşləri tərəfindən irqçiliyə məruz qalıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə kollektivin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniyada "Barselona"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra baş verib.

Fanatlar "Twitter" sosial şəbəkəsi vasitəsi ilə 34 yaşlı yarımmüdafiəçini qara dərili olması ilə bağlı təhqir ediblər.

"Mançester Yunayted" bu cür hərəkətləri kəskin şəkildə pislədiyini, futbolçunu təhqir edənlərin kimliyini müəyyənləşdirmək üçün çalışdıqlarını və onlara qarşı sanksiyalar tətbiq edəcəkərini bildirib.

Qeyd edək ki, ilk oyunda da rəqibinə məğlub olan "Mançester Yunayted" (0:1) turnirlə vidalaşıb. 

Son xəbərlər

Orphus sistemi