Yuxarı

Əsgər Abdullayev: "Oyundan öncə futbolçularla görüşdüm, sistemi dəyişdim"

Bütün bunların nəticəsi müsbət oldu

Bakı. 23 noyabr. REPORT.AZ/ “Oyunun çətin olacağını bilirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm".

"Report" xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.

O, komandada psixoloji durumun yaxşı olmadığını diqqətə çatdırıb:

"Oyundan öncə futbolçularla görüşdüm, söhbət etdik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu. “Neftçi”nin yerli oyunçuları böyük potensiala malikdirlər. Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram”.

Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan oyun flaqmanın 2:0-lıq qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi