Yuxarı

​Əsgər Abdullayev "Neftçi"nin Müşahidə Şurasına üzv təyin olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Neftçidə işləmək mənim üçün böyük məsuliyyət və şərəfdir

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Neftçi" mənim üçün doğma komandadır. Futbol karyeramı orada başlayıb, orada da başa vurmuşam". Bunu "Report"a açıqlamasında milli komandanın sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.

"Neftçi"nin Müşahidə Şurasına üzv təyin olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən 52 yaşlı mütəxəssis klub tərəfindən heç bir dəvətin olmadığını bildirib: "Hamı səhərdən zəng edib soruşur. Amma klubdan heç kim zəng etməyib. Bu haqda mətbuatdan oxumuşam. "Neftçi"də işləmək mənim üçün böyük məsuliyyət və şərəfdir. Lakin hələ mənə məsələ ilə bağlı xəbər verilməyib".

Son olaraq "Araz Naxçıvan" klubunun baş məşqçi postunda fəaliyyət göstərən Ə.Abdullayev dəvət olunacağı təqdirdə, məmnuniyyətlə razılıq verəcəyini söyləyib: "Orada işləmək mənim üçün şərəfdir. Dəvət olarsa, məmnuniyyətlə qəbul edərəm. "Neftçi" mənim üçün Azərbaycan futbolunun şah əsəridir".

Ə.Abdullayev çalışmadığı müddətdə bəzi klublardan baş məşqçilik təklifi oldunduğunu da deyib: "Maraqlananlar olub. Sözün açığı, ölkə daxilində olmayıb. Ad çəkmək istəmirəm. Çünki bir iş baş tutmursa, bunun adını çəkmək düz deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi