​Əsgər Abdullayev: " "Neftçi"nin mənə ehtiyacı varsa, burdayam"

​Əsgər Abdullayev: " "Neftçi"nin mənə ehtiyacı varsa, burdayam" "Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb"
Futbol
30 Noyabr , 2015 03:42
​Əsgər Abdullayev:  Neftçinin mənə ehtiyacı varsa, burdayam

Bakı. 30 noyabr. REPORT.AZ/ " “Qarabağ” güclü rəqibdir. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik. Matça gəldikdə isə futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq".

"Report" xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev bildirib.

Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı fikir bildirən baş məşqçi qeyd edib ki, "gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur."

"Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam”, - deyə Ə.Abdullayev fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi