Bakı. 10 aprel. REPORT.AZ/ Futbol üzrə Ermənistan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report"un məlumatına görə, bu vəzifə 5 ildən sonra yenidən Vardar Minasyana həvalə olunub. Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Hayrapetyanın irəli sürdüyü təklifi İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə dəstəkləyib.
Qeyd edək ki, Vardar Minasyan 2009 - 2013-cü illərdə də Ermənistan milli komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında Ermənistan yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsində B qrupunu 17 xalla 3-cü yerdə başa vurub.