Yuxarı

Ermənistan Futbol Federasiyasının prezidenti ilə erməni futbolçu arasında qalmaqal baş verib

Ruben Ayrapetyan: Artur Maloyan yığmaya gəlmək üçün Porsche istədi

Bakı. 19 noyabr. REPORT.AZ/ Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla Rusiyanın "Arsenal" (Tula) komandasında çıxış edən Artur Maloyan arasında qalmaqal baş verib. "Report"un məlumatına görə, R.Ayrapetyan A.Maloyanı yığmaya gəlmək üçün "bazar açmaq"da ittiham edib. 

O bildirib ki, 25 yaşlı hücumçuya min dəfə dəvət göndərilib, əvəzində isə futbolçu "Porsche" markalı avtomobil istəyib: "Mən onun arzusunu yerinə yetirdim, lakin yığmanın düşərgəsinə gəlmədi". 

A.Maloyanın da məsələyə cavabı çox gecikməyib. O bildirib ki, Ermənistan yığmasının rəsmi nümayəndəsindən yalnız bir dəfə - 18 yaşındaykən dəvət alıb: "Həmin vaxt Moskva "Spartak"ının əvəzedici komandasına keçmişdim. Mən federasiyanın təklifindən imtina etdim. Çünki Rusiya çempionatında legioner sayılmaq istəmirdim. Üstəlik, qeyri-müəyyənlik idi". 

"Porsche" məsələsinə gəldikdə, A.Maloyan bu açıqlamanı tam uydurma adlandırıb: "Mən millidə heç vaxt maşın və ya pul qarşılığında oynamaram. Fərqi yoxdur, hansı millidə. Deyə bilmərəm ki, Ermənistan, yoxsa Rusiya yığmasında oynamağa üstünlük verərəm. Gəlin, bu sualdan keçək. Hazırda diqqətimi klubuma yönəltmişəm. Təklif gəlsin, düşünərik. Amma belə sözləri eşitmək mənə elə də xoş olmadı".

Qeyd edək ki, R.Ayrapetyan Ermənistandan kənarda yaşayan bütün erməni futbolçuların diqqət mərkəzində olduğunu da bildirib. Amma o, federasiya ilə alver edənlərə yığmada yer olmadığını vurğulayıb. R.Ayrapetyan belə futbolçulara Denis Tumasyan və Mauro Gevgeozyanı da misal göstərib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi