Yuxarı

Ermənistan yığmasının futbolçusu Hollandiya klubundan qovulub

Erməni futbolçu Hollandiya klubundan qovuldu

Hollandiyanın "Villem II" klubu Ermənistan milli komandasının futbolçusu Araz Özbilizlə icarə müqaviləsini pozub. 

"Report"un Tilburq təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 29 yaşlı yarımmüdafiəçinin "Fortuna Siddard"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməməsi səbəb olub. Nəticədə Özbilizin komandadan qovulması qərara alınıb. Bu insidentdən sonra təcrübəli oyunçu müqavilə üzrə məxsus olduğu Türkiyə "Beşiktaş"ına qayıdıb. Erməni futbolçu ötən yay icarəyə verildiyi "Villem II"nin heyətində 14 matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Qara qartallar" onu 2016-cı ilin yanvarında Rusiya "Spartak"ından transfer edib. 

Qeyd edək ki, Araz Özbiliz daha əvvəl İspaniyanın "Rayo Valyekano" və Moldovanın "Şerif" klublarında da icarədə olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi