Erməni futbolçu ABŞ klubundan qovulur

Erməni futbolçu ABŞ klubundan qovulur Movsisyan MLS klubunu tərk edəcəyi təqdirdə, azad agent statusu daşıyacaq
Futbol
5 Mart , 2018 14:28
Erməni futbolçu ABŞ klubundan qovulur

Bakı. 5 mart. REPORT.AZ/ Ermənistan millisinin və Rusiya "Spartak"ının sabiq futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt Leyk" klubundan göndərilə bilər. 

"Report"un məlumatına görə, buna klubun 30 yaşlı hücumçunu komandada görmək istəməməsi səbəb olub. Əsas heyətdən kənarda qalan təcrübəli forvardın hazırkı klubu ilə 2 illik müqaviləsi var. O, komandadan göndəriləcəyi təqdirdə, iki il ərzində ona veriləcək 4 milyon dolları almaq niyyətindədir. 

Movsisyan MLS klubunu tərk edəcəyi təqdirdə, azad agent statusu daşıyacaq. 

Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm "Real Solt Leyk"də 28 oyun keçirib və 7 dəfə fərqlənib.

Son xəbərlər

Orphus sistemi