​Erməni futbolçu ABŞ klubuna qayıtmaq üçün mafiyadan istifadə edib

​Erməni futbolçu ABŞ klubuna qayıtmaq üçün mafiyadan istifadə edib "Real Solt-Leyk"in sahibi: "Heç kim onu asanlıqla buraxmaq istəmirdi"
Futbol
20 Yanvar , 2016 15:56
​Erməni futbolçu ABŞ klubuna qayıtmaq üçün mafiyadan istifadə edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Moskva "Spartak"ının futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt-Leyk" klubuna keçmək üçün Rusiya mafiyasının köməyindən yararlanıb. "Report"un məlumatına görə, bu barədə Amerika təmsilçisinin sahibi Yuta Loy Hansen açıqlama verib.

O bildirib ki, "qırmızı-ağlar"ı icarə əsasında tərk etməkdən ötrü erməni hücumçu nüfuzlu şəxslərə müraciət etməli olub: "Movsisyan transferinin baş tutması üçün Rusiya mafiyasından olan bir şəxsdən kömək istəyəsi oldu. Heç kim onu asanlıqla buraxmaq istəmirdi. Bu müqaviləni bağlamaq çox çətin idi".

Qeyd edək ki, əslən bakılı olduğunu deyən Yura Movsisyan 2007 - 2009-cu illərdə də "Real Solt-Leyk"də çıxış edib. O, "Spartak"dan bir illik icarəyə götürülüb. İcarə müqaviləsi başa çatdıqdan sonra Movsisyanın transfer hüququ birdəfəlik alına bilər.  

Son xəbərlər

Orphus sistemi