Yuxarı

"Borussiya"nın hücumçusu Çempionlar Liqasının tarixinə düşdü

Erlinq Holann Çempionlar Liqasının tarixinə düşdü

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

"Report"un "Opta"ya istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu turnirdəki debüt ilində 10 və daha çox qol vurmağı bacaran beşinci oyunçudur.

Norveçli forvard buna 1/8 final mərhələsinin ilk görüşündə evdə Fransa PSJ-sini 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub. Dortmud təmsilçisinin hər iki qolunu Erlinq Holann vurub. 

Daha öncə 1958/1959 mövsümündə Fransa "Reyms"ində Jyust Fonten, 1978/1979 mövsümündə İsveçrə "Qrasşopper"ində Klaudio Sulser və 2017/2018 mövsümündə "Liverpul"da Sadio Mane ilə Roberto Firmino bunu bacarıblar. 

Qeyd edək ki, Erlinq Holann ÇL-in hazırkı mövsümündə bombardirlik siyahısında Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski ilə ilk pillədə qərarlaşıblar. Hər iki oyunçunun 10 qolu var. Hücumçu mövsümün ilk yarısını Avstriya "Zaltsburq"unda keçirib. Onun Dortmun klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi