​Erik Ramos: "İstərdim ki, bir az səbrli olsunlar"

​Erik Ramos: "İstərdim ki, bir az səbrli olsunlar" "Əsas odur ki, komandamızda birlik və özünəinam var"
Futbol
18 Avqust , 2015 14:04
​Erik Ramos: İstərdim ki, bir az səbrli olsunlar

Bakı. 18 avqust. REPORT.AZ/ "İnter"lə oyunun çətin keçəcəyini bilirdik. Azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi". "Report"un məlumatına görə, bunu klub saytına açıqlamasında "Neftçi"nin futbolçusu Erik Ramos deyib.

Azarkeşlərin komandadan qələbə gözlədiyini bildirən paraqvaylı futbolçu hücumda istənilən oyunu nümayiş etdirə bilmədiklərini söyləyib: "Komandamız yeni qurulub. Azarkeşlərin bizdən qələbə gözlədiyini bilirik. Çünki ən çətin anlarda belə yanımızda olurlar. İstərdim ki, bir az səbrli olsunlar. Çempionatda cəmi iki tur oynanılıb. İndidən turnir cədvəlindəki yerimiz barədə qərar vermək çox tezdir. Əsas odur ki, komandamızda birlik və özünəinam var. Əmin ola bilərsiz ki, biz məqsədimizə çatacağıq".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının II turunda "İnter"lə oyundan minimal hesablı məğlubiyyətlə ayrılıb. Paytaxt təmsilçisinin aktivində hazırda bir xal var və komanda 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi