Ərəb klubu tanınmış baş məşqçini istefaya göndərib

Ərəb klubu tanınmış baş məşqçini istefaya göndərib Çezare Prandelli işsiz qalıb
Futbol
19 Yanvar , 2018 14:06
Ərəb klubu tanınmış baş məşqçini istefaya göndərib

Bakı. 19 yanvar. REPORT.AZ/ Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli işsiz qalıb.

“Report” xəbər verir ki, 60 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” komandasının sükanı arxasından istefaya göndərilib.

Qərarın səbəbi açıqlanmır. Onun ötən ilin mayından rəhbərlik etdiyi kollektiv ölkə çempionatında 12 turdan sonra 17 xalla 4-cü pillədə qərarlaşıb və liderdən 11 xal geri qalır.

Qeyd edək ki, 2010 – 2014-cü illərdə İtaliya millisinin baş məşqçisi olmuş Çezare Prandelli karyerası ərzində İtaliyanın “Roma”, “Fiorentina”, Türkiyənin “Qalatasaray” və İspaniyanın “Valensiya” kimi komandalarına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi