Həyat yoldaşı Türkiyə millisinin sabiq futbolçusunun FETÖ-ə üzv olduğunu iddia edib

Həyat yoldaşı Türkiyə millisinin sabiq futbolçusunun FETÖ-ə üzv olduğunu iddia edib Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının sabiq futbolçusu Emre Aşık FETÖ terror təşkilatının üzvüdür.
Futbol
28 Yanvar , 2019 12:58
Həyat yoldaşı Türkiyə millisinin sabiq futbolçusunun FETÖ-ə üzv olduğunu iddia edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının sabiq futbolçusu Emre Aşık FETÖ terror təşkilatının üzvüdür. 

"Report" "Sabah"a istinadən xəbər verir ki, belə bir iddia ilə keçmiş müdafiəçinin həyat yoldaşı Yağmur Aşık çıxış edib. Y.Aşık ərinin 2018-ci il dekabrın 5-də həmin təşkilata üzv olduğunu Taksim Polis Mərkəzinə bildirib. Lakin iddiaçı qismində çıxış etmək istəməyən xanım polis mərkəzindən ayrılıb. Y.Aşıkın bu addımı hüquq-mühafizə orqanı tərəfindən qeyd olunaraq İstanbul Cümhuriyyet Baş Prokurorluğuna göndərilib. Emre Aşıkın FETÖ üzvü olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma başlayıb.

E.Aşık və həyat yoldaşı 2018-ci il noyabrın 12-də İstanbul Ailə Məhkəməsinə müraciət edərək razılıq əsasında boşanmaq istədiklərini bildiriblər. Lakin bir müddət sonra Y.Aşık razılaşmalı olaraq boşanmaqdan imtina etdiyini və protokolu azad iradəsi ilə imzalamadığını bildirərək növbəti dəfə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Emre Aşık 1993 - 2010 illərdə Türkiyə millisində çıxış edib. Ölkəsində "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandaların formasını geyinmiş sabiq müdafiəçi 2002-ci ildə Türkiyə yığması ilə dünya üçüncüsü, 2008-ci ildə isə Avropa üçüncüsü olub. O, 2000-ci ildə "Qalatasaray"ın heyətində UEFA Super Kubokunu da qazanıb.   

Son xəbərlər

Orphus sistemi