Yuxarı

"Qarabağ" qolunu saymayan hakimlə bağlı UEFA-ya rəsmən müraciət edib

Azərbaycan klublarına haqsızlıq etməyin nə demək olduğunu onlara göstərməliyik

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə keçirilən son oyunda baş hakim Miroslav Zelinkanın qeydə almadığı qolla bağlı UEFA-nın Nizam-İntizam Komitəsinə müraciət edib. Bu barədə "Report"a klubun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.

Ə.Çəlikəlin sözlərinə görə, müraciətdə həm qolun qeydə alınmaması, həm də matçın əlavə edilmiş vaxtdan daha tez bitdiyi qeyd edilib: "Artıq Türkiyədəki vəkil vasitəsilə müraciət edilib. Bazar ertəsi qurumun cavabını gözləyəcəyik. Azərbaycan klublarına haqsızlıq etməyin nə demək olduğunu onlara göstərməliyik. Biz haqqımızı bərpa etməyə, nəticə ləğv olunmasa belə, referinin cəzalanmasına çalışacağıq".

Klub rəsmisi çexiyalı referinin "Qarabağ"ın qolunun qeydə alınmamasının siyasi motivlərlə bağlı olmasına isə bu cür münasibət bildirib: "Dəqiq bilmədiyimiz bir məsələyə münasibət bildirmək çətindir. Üstəlik, mənim bu cür fikir söyləməyim düz deyil. Amma versiyalardan biri də bu ola bilər. Əsas odur ki, bizim haqqımız tapdalanıb və bütün dünya görüb. Bu da UEFA-nın bir eyibidir".

Qeyd edək ki, "İnter"lə oyunun 90+3-cü dəqiqəsində baş hakim Miroslav Zelinka "Qarabağ"ın futbolçusu Riçard Almeydanın qolunu qeydə almayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi