​Əmrah Çəlikəl: "Bu mərhələyə gələn rəqib zəif ola bilməz"

​Əmrah Çəlikəl: "Bu mərhələyə gələn rəqib zəif ola bilməz" "Qurban Qurbanov istədiyi təqdirdə əlavə transferlər olacaq"
Futbol
7 Avqust , 2015 16:23
​Əmrah Çəlikəl: Bu mərhələyə gələn rəqib zəif ola bilməz

Bakı. 7 avqust. REPORT.AZ/ "Rəqibin kim olduğunu öyrəndik. Bura qədər gələn komanda zəif ola bilməz". Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib. Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boys" klubuna rəqib olan Ağdam təmsilçisinin rəsmisi püşkatmanın nəticəsi barədə bunları deyib: "Rəqibin kimliyindən asılı olmayaraq çalışacağıq ki, ölkəmizi layiqli şəkildə təmsil edək".

Klub rəsmisi zərurət olacağı təqdirdə, futbolçu transferinin reallaşacağını da deyib:

"Komandayla bağlı bütün məsələlərə Qurban Qurbanov baxır. O, istədiyi təqdirdə əlavə transferlər olunacaq. Biz heç vaxt baş məşqçiyə "yox" cavabını verməmişik".

Qeyd edək ki, ilk görüşlər avqustun 20-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi