Emin Mahmudov: “Xorvatiya millisinin güclü heyəti bizim çəkindirmir”

Emin Mahmudov: “Xorvatiya millisinin güclü heyəti bizim çəkindirmir” “İki gün əvvəl yığışmışıq. Hələlik yalnız bərpa xarakterli məşq keçmişik. Yeni baş məşqçimizi Nikola Yurçeviçlə yeni bir mərhələyə qədəm qoyuruq. Ona görə də indi yığmada nələrin dəyişdiyini söyləmək tezdir”.
Futbol
18 Mart , 2019 11:43
Emin Mahmudov: “Xorvatiya millisinin güclü heyəti bizim çəkindirmir”

“İki gün əvvəl yığışmışıq. Hələlik yalnız bərpa xarakterli məşq keçmişik. Yeni baş məşqçimizi Nikola Yurçeviçlə yeni bir mərhələyə qədəm qoyuruq. Ona görə də indi yığmada nələrin dəyişdiyini söyləmək tezdir”.

Bunu “Report”a Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Nikola Yurçeviçin rəhbərliyi altında ilk təlim-məşq toplanışı dəyərləndirərkən deyib. 

Yığmanın martın 21-də səfərdə Xorvatiyaya qarşı keçirəcəyi AVRO-2020-nin seçmə oyunu barədə danışan “Neftçi”nin kapitanının sözlərinə görə, rəqibin DÇ-2018-in finalçısı olması onları qorxutmur: “Layiqli futbol sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Kimsə bizim böyük hesabla uduzacağımızı düşünürsə, şəxsi fikridir. Rəqibin çox güclü olduğunu anlayırıq. Ancaq biz Zaqrebə yaxşı oynamaq və müsbət nəticə əldə etmək üçün gedirik. Komanda olaraq buna köklənmişik”.

“Maksimir” stadionunda baş tutacaq görüş ərəfəsində Xorvatiya yığmasının heyətində ciddi itkilər var. Lakin 27 yaşlı yarımmüdafiəçinin fikrincə, mundialda forma geyinmiş xorvatiyalı futbolçulardan 9-nun Azərbaycan millisi ilə matçda forma geyinə bilməmələri rəqibin gücünə ciddi təsir etməyəcək: “Bunun bizim üçün üstünlük olduğunu düşünmürəm. Kiminsə olub-olmaması Xorvatiya yığmasına ciddi təsir etməz. Rəqibin futbolçuları “Real Madrid”, “Barselona”, “İnter” kimi top-klublarda çıxış edirlər. Hamısı dünya səviyyəlidirlər. Belə bir futbolçulara qarşı oynayacağımızın fərqindəyik. Amma bu, bizi çəkindirmir”.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi