​Emin Mahmudov: "Azərbaycan millisində oynamaq fikrində deyiləm"

​Emin Mahmudov: "Azərbaycan millisində oynamaq fikrində deyiləm" "Ümid edirəm ki, Rusiya millisindən təklif alacağam"
Futbol
16 Sentyabr , 2015 13:57
​Emin Mahmudov: Azərbaycan millisində oynamaq fikrində deyiləm

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Dəfələrlə Azərbaycan yığmasında çıxış etmək təklifi almışam". "Report"un məlumatına görə, bunu Rusiyanın "Mordoviya" klubunun yeni transferi Emin Mahmudov deyib.

Əslən Azərbaycandan olan yarımmüdafiəçi təkliflərə baxmayaraq bunu qəbul etmədiyini deyib: "Azərbaycan millisində oynamaq fikrində deyiləm. Çünki belə olan halda Rusiyada legioner hesab olunacam. Ümid edirəm ki, Rusiya millisindən təklif alacağam".

Qeyd edək ki, Emin Mahmudov 1992-ci il aprelin 27-də Saatlıda anadan olub. Yarımmüdafiəçi "Mordoviya"ya qədər Rusiyanın "Saturn" (2010), "Spartak" (2011-2013), "Tom" (2012) və "Krılya Sovetov" (2013-2014) klublarında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi