Təyyarə qəzasında ölən futbolçu Fransa çempionatının oyunlarında yad olunacaq

Təyyarə qəzasında ölən futbolçu Fransa çempionatının oyunlarında yad olunacaq Bakı. 8 fevral. REPORT.AZ/ Təyyarə qəzasında dünyasını dəyişən İngiltərənin Kardiff Siti klubunun futbolçusu Emiliano Salanın xatirəsi Fransa çempionatının oyunlarında yad olunacaq.
Futbol
8 Fevral , 2019 14:29
Təyyarə qəzasında ölən futbolçu Fransa çempionatının oyunlarında yad olunacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Təyyarə qəzasında dünyasını dəyişən İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın xatirəsi Fransa çempionatının oyunlarında yad olunacaq.

"Report" Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytına istinadən xəbər verir ki, XXIV tur oyunları bir dəqiqəlik alqışla başlayacaq.

LFP prezidenti Natali Bua de lya Tur bu gecə və həftə sonu ərzində hər matça başlamazdan öncə Salaya son mükafatı vermək üçün bir araya gələcəklərini bildirib. 

Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun cəsədi aşkarlanıb

Son xəbərlər

Orphus sistemi