Yuxarı

Norveç klubunun məşqçisi: "Balayevlə şəxsi müqavilə şərtlərində razılığa gələ bilmədik"

Emil fantastik qapıçıdır

196

"Emil fantastik qapıçıdır. O, insan kimi bizdə müsbət təəssüratlar oyatdı".

Bu sözləri "Report"a açıqlamasında Norveçin "Bude-Qlimt" komandasının qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad Azərbaycan millisinin qapıçısı Emil Balayevin transferinin alınmamasının səbəbləri barədə danışarkən deyib. 

43 yaşlı mütəxəssis bildirib ki, Balayevlə şəxsi müqavilə detallarında razılığa gəlmək mümkün olmayıb: "Təəssüf ki, Emilin irəli sürdüyü şərtlərdə ortaq məxrəcə gələ bilmədik. Ona görə də komandanın düşərgəsini tərk etməli oldu. Keçidin alınmamasına görə məyusuq. Amma bu, futboldur".

Kolstad bundan sonra da 26 yaşlı qolkiperi diqqətdə saxlayacağını söyləyib: "Gələcəkdə nə olacağını indidən bilmək mümkün deyil".

Qeyd edək ki, Emil Balayevin atası Nazim Balayev "Bude-Qlimt"lə maliyyə şərtlərində razılığa gələ bilmədiklərini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi